Вернуться назад Распечатать

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə bağlı X hesabında paylaşımında bildirilib.

"Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə, çətinliklərin aradan qaldırılmasına töhfə verməyə davam edir", - deyə paylaşımda qeyd olunub.