Fransa tarixində ikinci ən uzunmüddətli istilik dalğası qeydə alınıb.
1xeber.media xəbər verir ki, bu haqda “Météo-France” açıqlama yayıb.
Bildirilir ki, iyulun 28-də başlayan istilik dalğası 22 gün davam edib. Bu, 1983-cü ildəki 23 günlük istilik dalğasından bəri qeydə alınan ən uzunmüddətli hadisədir.
Açıqlamada qeyd olunub ki, ölkə tarixində ikinci ən uzunmüddətli olan bu istilik dalğası iyulun 29-u, avqustun 12-si və 14-də temperaturların rekord səviyyəyə çatması ilə zirvə nöqtəsinə çatıb.
Həmçinin, yağıntı miqdarında 70 faizlik çatışmazlıqla müşahidə olunan iyul ayı, qeydlər tarixində üçüncü ən quraq iyul kimi yadda qalıb.
Mütəxəssislər bildirirlər ki, rekord həddə çatan temperaturlar və quraqlıq şəraiti ölkədə meşə yanğınları riskini artırır.