Вернуться назад Распечатать

Ukrayna Radasını daha təhlükəsiz yerə köçürə bilər

Ukrayna parlamentinin fəaliyyətinin daha təhlükəsiz məkana köçürülməsi məsələsi müzakirə olunur.

1xeber.media xəbər verir ki, bunu keçmiş Ali Rada deputatı Nikita Poturayev bildirib. Onun sözlərinə görə, Rusiya tərəfindən zərbələrin davam edəcəyi gözlənilir və parlamentin fəaliyyətinin başqa yerə keçirilməsi gündəmdədir.

Ali Rada bu həftə tətildən qayıdıb. Avqustun 19-da deputatlar yeni müdafiə nazirinin təyin olunmasına səs veriblər.

Poturayev parlamentin daha təhlükəsiz əraziyə köçürülməsinin mümkün variant kimi müzakirə edildiyini qeyd edib.