Вернуться назад Распечатать

Lagard: Avropanın iqtisadi dayaqları zəifləyir

Avropa Mərkəzi Bankının rəhbəri Kristin Lagard Avropanın uzun illər iqtisadi inkişafını təmin edən üç əsas dayağın zəiflədiyini bildirib.

1xeber.media xəbər verir ki, Lagardın sözlərinə görə, söhbət qlobal ticarətin genişlənməsindən, ucuz enerji ilə dəstəklənən sənaye istehsalından və ABŞ-ın təhlükəsizlik təminatı ilə möhkəmlənən sabit qlobal düzəndən gedir.

Onun fikrincə, İkinci Dünya müharibəsindən sonrakı iqtisadi inkişaf modeli artıq əvvəlki formasına qayıtmayacaq.

Bununla belə, Lagard Avropanın güclü tərəflərinin qaldığını vurğulayıb. Bunlara geniş ticarət sazişləri şəbəkəsi, yüksək səviyyəli istehsal imkanları və böyük vahid bazar daxildir.

ECB rəhbəri həmçinin Avropanı süni intellekt inqilabı fonunda dotkom dövründə buraxılan səhvləri təkrarlamamağa çağırıb.