Вернуться назад Распечатать

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda yol qəzası baş verib.

1xeber.media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.