Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.
Bu barədə 1xeber.media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
1c texniki dərəcəli, 4–6 hərəkət zolaqlı yolun tərkibində 7 tunel, 9 viaduk, 11 körpü, 76 yeraltı və ehtiyat keçid yer alır. Tunellərin ümumi uzunluğu 6,3 kilometrdən çox, ən uzun tunel isə 3,34 kilometrdir.