Вернуться назад Распечатать

"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" (Niderland) oyununun biletləri satışa çıxarılıb.

1xeber.media xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manat, VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda isə 150 manat təşkil edir.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 20-də keçiriləcək. Cavab qarşılaşması isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.