Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,9 ABŞ dolları və ya 0,95 % artaraq 95,48 ABŞ dolları təşkil edib.
Bu barədə 1xeber.media-ya neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 93,4 ABŞ dolları təşkil edib.