Вернуться назад Распечатать

Azərbaycanda avtoqəzalarda 285 nəfər ölüb

Bu ilin 6 ayı ərzində Azərbaycanın avtomobil yolllarında 533 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə 1xeber.media-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 6 ayı ərzində baş verən yol qəzaları 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az olub, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 15,1 faiz azalaraq 689 nəfər olub.

Onlardan 285 nəfər ölüb, 404 nəfər isə yaralanıb.

Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7 faiz azalaraq 379 nəfər olub.