Вернуться назад Распечатать

Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya - YENİLƏNİB

Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı.

1xeber.media xəbər verir ki, "Unikal" bu məlumatı dəqiqləşdirmək üçün qurum rəsmisi ilə əlaqə saxlayıb.

A.Nəcəfli isə "yollarla bağlı sorğunuz varsa, buyurun", - deyə bildirib.

***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edilib.

1xeber.media xəbər verir ki, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.

Qeyd edək ki, Anar Nəcəfli fəaliyyəti dövründə media nümayəndələrinin sorğularına cavab verməməsi və jurnalistlərlə kommunikasiya baxımından passiv mövqe nümayiş etdirməsi ilə bağlı dəfələrlə tənqid olunub.

Xüsusilə yol infrastrukturu ilə bağlı jurnalistlərin bir sıra sorğularının cavabsız qalması onun fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olub.

Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. (Gununsesi.info)