ABŞ Ədliyyə Nazirliyi keçmiş Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini Prezident Donald Trampın həyatına təhlükə yaratmaqda ittiham edib.
1xeber.media xəbər verir ki, ABŞ prokurorları Kominin 2025-ci ilin mayında sosial şəbəkədə paylaşdığı fotoşəkildə qumların üzərinə düzülmüş dəniz qabıqlarından istifadə edilərək “86 47” rəqəmlərinin göstərilməsini Trampa qarşı gizli təhdid kimi qiymətləndirirlər.
İttiham tərəfinin mövqeyinə görə, “86” ifadəsi ABŞ-da kimisə aradan götürmək və ya öldürmək mənasında işlədilə bilər, “47” isə ABŞ-ın 47-ci prezidenti Donald Trampa işarə edir. Ədliyyə Nazirliyi son məhkəmə sənədlərində paylaşımın Trampa qarşı təhdid kimi başa düşülə biləcəyinə “ciddi mübahisə olmadığını” bildirib.
Komiyə prezidentin həyatına və sağlamlığına qarşı təhdid irəli sürmək, həmçinin ştatlararası rabitə vasitəsilə təhdid xarakterli mesaj ötürmək ittihamları irəli sürülüb. O, ittihamları rədd edir və paylaşımının zorakılığa çağırış olmadığını bildirir.
Komiyanın müdafiə tərəfi işi siyasi motivli təqib kimi qiymətləndirərək ittihamların ləğv edilməsini istəyib. Prokurorlar isə onun paylaşımının kontekstini və “86 47” ifadəsinin mümkün mənasını əsas gətirərək cinayət təqibinin davam etdirilməsini müdafiə edirlər.
Məhkəmə işi ABŞ-da Tramp administrasiyası ilə onun keçmiş siyasi və hüquqi rəqibləri arasında davam edən gərginliyin fonunda diqqət mərkəzindədir.