İxtisas seçimi başa çatıb. I turda 90 mindən çox abituriyent və subbakalavr seçimlərini təsdiqləyib. Onlardan 29 mindən çoxunun müsabiqədən keçə bilməyəcəyi gözlənilir.
1xeber.media xəbər verir ki, bu barədə təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi məlumat yayıb.
Onun sözlərinə görə, I ixtisas qrupu RK alt qrupu üzrə 12710 plan yeri uğrunda 12622, Rİ alt qrupunda isə 7440 plan yeri uğrunda 10999 abituriyent mübarizə aparır:
“Ümumilikdə 20150 plan yerinə qarşı 28924 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, I ixtisas qrupu üzrə faktiki olaraq 8774 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.II ixtisas qrupu üzrə 16030 plan yeri uğrunda 13944 abituriyent mübarizə aparır. 20783 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, II ixtisas qrupu üzrə faktiki olaraq 4753 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək”.
Ekspert bildirib ki, III ixtisas qrupu DT alt qrupu üzrə 13373 plan yeri uğrunda 24653, TC alt qrupunda isə 2180 plan yeri uğrunda 11142 abituriyent mübarizə aparır:
“Ümumilikdə 15553 plan yerinə qarşı 23579 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, III ixtisas qrupu üzrə faktiki olaraq 8026 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək. IV ixtisas qrupu üzrə 5048 plan yeri uğrunda 5419 abituriyent mübarizə aparır. 6746 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, IV ixtisas qrupu üzrə faktiki olaraq 1698 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək. V ixtisas qrupu üzrə 4735 plan yeri uğrunda 10840-dan çox abituriyent mübarizə aparır.10840 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, V ixtisas qrupu üzrə faktiki olaraq 6105 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək”.
E.Əfəndi onu da qeyd edib ki, nəticələrin qarşıdakı 4-5 gün ərzində elan olunması gözlənilir:
“I tur müsabiqədə təxminən 29356 nəfərdən çox abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək. I tur müsabiqədən keçə bilməyənlər II turda boş qalan yerlər olarsa, müsabiqədə iştirak edə biləcəklər. Onlar həmçinin eyni zamanda 11 illik bazadan orta ixtisas təhsil müəssisələrinin (kolleclərin) də müsabiqəsində iştirak edə biləcəklər”.