Вернуться назад Распечатать

“Yenilməz” F-22-nun təlimlərdə şərti olaraq vurulduğu xatırladıldı

ABŞ-ın beşinci nəsil F-22 Raptor qırıcısının təlimlər zamanı daha köhnə nəsil Eurofighter Typhoon tərəfindən şərti olaraq “vurulduğu” xatırladılıb.

1xeber.media xəbər verir ki, bu barədə 19FortyFive yazıb.

Məlumata görə, hadisə 2012-ci ildə Alyaskada keçirilən “Red Flag 12-2” təlimləri zamanı baş verib. Almaniya Hərbi Hava Qüvvələrinin Eurofighter Typhoon qırıcıları yaxın hava döyüşü ssenarisində ABŞ-a məxsus F-22-lərin “məhv edilməsini” imitasiya edib.

Nəşr qeyd edir ki, F-22 uzaq məsafəli hava döyüşlərində üstün imkanlara malikdir. Lakin təlimlərin nəticələri yaxın məsafədə keçirilən döyüşlərdə dördüncü nəsil qırıcıların da beşinci nəsil təyyarə üçün ciddi rəqib ola biləcəyini göstərib.

ABŞ mediasında həmin vaxt F-22-nun əsas üstünlüyünün uzaq məsafədə rəqibi aşkarlamaq və zərbə endirmək imkanları olduğu vurğulanıb.

Qeyd edək ki, təlimlərdəki “vurulma” real döyüş itkisi deyil, şərti döyüş nəticəsidir. Buna görə hadisə F-22-nun real müharibədə məhv edilməsi kimi qiymətləndirilə bilməz.