“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də konfuz: direktorun verdiyi qərarlar öz işçisi tərəfindən ləğv olunur.
Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də həyata keçirilən kadr islahatlarından sonra qurumda problemlər daha da dərinləşib.
1xeber.media xəbər verir ki, Hikmət Hüseynovdirektor təyin edildikdən sonra “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də faktiki "hakimiyyət" onun müavini vəzifəsini icra edən və KTN-də “nazirin komandiri” adlandırılanFəxrəddin Qəhrəmanovun əlinə keçib.
Daxil olan məlumata görə, son həftələr Fəxrəddin Qəhrəmanovun bir neçə dəfə Hikmət Hüseynovun verdiyi bəzi qərarları ləvğ edib və bundan sonra direktorla “nazirin komandiri” arasında gərginlik ciddi şəkildə artıb.Mənbə iddia edir ki, faktiki olaraq Hikmət Hüseynovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də direktor kimi səlahiyyətləriFəxrəddin Qəhrəmanov və komandası tərəfindən bloklanıb.Direktor bütün qərarları ancaq Fəxrəddin Qəhrəmaovun razılığı ilə vermək məcburiyyətindədir.
Məlumata görə Hikmət Hüsyenov nazir Məcnun Məmmədovun “komandiri” Fəxrəddin Qəhrəmanovla bağlı şikayətlər etməyə çəkinir. Çünki Fəxrəddin Qəhrəmanov “Azəraqrar” işçilərini və direktoru inandırıb ki, ayda bir neçə dəfə nazir Məcnun Məmmədovla görüşüb, qurum haqqında məlumatlar verir. Fəxrəddin Qəhrəmanovun nazirlə “yaxın olması”na inanan Hikmət Hüseynov isə tərəddüd içindədir və “nazirin komandiri”nin özbaşınalıqlarının qarşısını necə alacağını bilmir. Bu üzdən də MMC-nin fəaliyyətinin zamanla iflic olması qaçınılmaz görünür.
Qeyd edək ki, Fəxrəddin Qəhrəmanov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin balansındakı texnikalara cavabdeh şəxsdir. Lakin hazırda qurumun texnikalarının 90 faizi nasazdır və işləmir.
Buna baxmayaraq, Fəxrəddin işləməyən texnikaların adına yanacaq, sürtkü yağları və ehtiyat hissələri yazdıraraq dövlət vəsaitlərini mənimsədiyi iddia olunur. (AzFakt.com)