Вернуться назад Распечатать

Kiyev 24 saatdır davam edən hücumların hədəfindədir

Ukraynanın paytaxtı Kiyev və ətrafına son sutka ərzində fasiləsiz hücumların həyata keçirildiyi bildirilir.

1xeber.media xəbər verir ki, bu barədə “Insider UA” Telegram kanalında məlumat yayıb.

Məlumata görə, Kiyev və Kiyev vilayətinə 24 saatdan artıq müddətdə ballistik və qanadlı raketlər, həmçinin reaktiv dronlarla hücumlar edilib.

Ukrayna mediası paytaxtın son sutka ərzində ümumilikdə 13 saatdan çox hava hücumu xəbərdarlığı altında olduğunu bildirib.

Hücumların nəticəsində Kiyevdə Ukraynanın KLO yanacaqdoldurma şəbəkəsinə məxsus neft bazasının zərər gördüyü də açıqlanıb. Məlumata görə, obyekt fəaliyyətini dayandırıb, müəssisənin əməkdaşları arasında xəsarət alan olmayıb.

Kiyevə qarşı hücumların davam edib-etməyəcəyi və şəhərin digər ərazilərində hansı ziyanın qeydə alındığı barədə əlavə məlumat verilməyib.