BMT-nin baş katibi vəzifəsinə namizəd İvon Baki Rusiya və Ukraynanı danışıqlar masasına əyləşməyə çağırıb.
1xeber.media xəbər verir ki, Baki bu barədə BMT-də çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Rusiya və Ukrayna münaqişənin həlli üçün BMT çərçivəsində birbaşa danışıqlara başlamalıdır.
“Düşünürəm ki, müharibənin qarşısını ala bilmədikdən sonra yeganə həll yolu onları burada, BMT-də danışıqlar masasına gətirməkdir”, – Baki bildirib.
O, tərəflərin BMT-nin iştirakı ilə görüşərək mövcud böhranın siyasi yolla həlli imkanlarını müzakirə etməli olduğunu vurğulayıb.
Qeyd edək ki, son günlər Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı diplomatik təmasların intensivləşdirilməsi barədə müxtəlif çağırışlar səslənir. ABŞ və Rusiya arasında danışıqların yeni mərhələyə keçməsi və Vaşinqtonun Moskva və Kiyevlə ayrı-ayrılıqda görüşlər keçirməsi təklifləri də gündəmə gəlib.