Rusiyanın Volqoqrad vilayətində Ukrayna dronunu vurmağa çalışan fermer Nikolay Muxinə qarşı açılan işə xitam verilib.
1xeber.media xəbər verir ki, bu barədə fermerin vəkili Aleksandr Quguçkin RİA Novosti-yə açıqlamasında bildirib.
Vəkilin sözlərinə görə, Muxinin barəsində çıxarılan qərar tamamilə ləğv edilib və iş onun “zəruri müdafiə və son zərurət şəraitində” hərəkət etdiyi nəzərə alınaraq bağlanıb.
Fermer daha əvvəl hadisənin səbəbini açıqlayaraq özünü və qonşularını qorumaq istədiyini bildirib. Onun sözlərinə görə, iyulun 7-də gecə evinin üzərində dronların səsini eşidərək yuxudan oyanıb və onlardan birini ov tüfəngi ilə vurmağa çalışıb.
Muxin bildirib ki, yüksək hündürlükdə uçduğu üçün drona atəşlə dəqiq zərbə endirə bilməyib.
Məhkəmə işinin dayandırılması ilə fermerə qarşı bu hadisə ilə bağlı tətbiq edilən hüquqi tədbirlərin qüvvədən düşdüyü bildirilib.