Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun ABŞ-a planlaşdırılan səfərinin səbəbi məlum olub.
1xeber.media xəbər verir ki, “Suspilne” bu barədə Fedorovun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi müdafiə texnologiyaları sahəsində yeni layihələr üçün resursların cəlb edilməsidir. Fedorovun səfər çərçivəsində ABŞ rəsmiləri və siyasətçilərlə görüş keçirməyi planlaşdırmadığı bildirilir.
Bununla yanaşı, “The Guardian” nəşri səfərin başqa məqsədlə bağlı ola biləcəyini yazıb. Nəşrin məlumatına görə, Fedorov ABŞ-ın Ukraynada hərbi vəziyyət başa çatmamış seçkilərin keçirilməsinə dəstəyini almağa çalışa bilər.
Qeyd edək ki, Fedorov bundan əvvəl Ukraynada idarəetmə böhranının yarandığını bildirərək seçkilərin keçirilməsinə çağırıb. Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba da daha əvvəl ölkədə seçkilərin keçirilməsi məsələsini gündəmə gətirib.