Вернуться назад Распечатать

Cümşüd Məmmədov Laçında dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Məmmədov Cümşüd Həsənxan oğlu 21 avqust 2026-cı il tarixində Laçın şəhərində dəfn olunacaq.

1xeber.media xəbər verir ki, 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olan Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb.

Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib və şəhidin ailəsinə təhvil verilib.

Şəhid Cümşüd Məmmədovun dəfn mərasimi 21 avqust saat 13:00-da Laçın şəhəri Şəhidlər Xiyabanında keçiriləcək.