Rusiya Xarici İşlər Nazirliyi Ukrayna lideri Volodimir Zelenskinin "Maşa və Ayı" rus cizgi filminin yaradıcılarına qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat istehzalı şəkildə qeyd edib: "Görünür, Zelenski cəbhədəki vəziyyəti dəyişdirməyin yeganə yolunun "Maşa və Ayı" rus cizgi serialının yaradıcılarına qarşı sanksiyalarda olduğunu düşünür".
Qeyd edək ki, Ukrayna hakimiyyəti Rusiyanın "Maşa və Ayı" cizgi serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq edib. Zelenskinin veb saytında dərc olunmuş fərmanlara görə, sanksiyalar Animaccord studiyasını və serialın prodüseri Dmitri Loveykoya qarşı yönəlib. Siyahıda animator Oleq Kuzovkov da var. Fərman beş fiziki şəxsə və dörd hüquqi şəxsə qarşı 10 illik sanksiyalar tətbiq edir.
Sanksiyalar Ukraynada cizgi filminə girişi bloklayır.