Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ötən gündən bəri sosial şəbəkədə gündəm yaradan uşaq xəstəxanasındakı fotolarla bağlı açıqlama verib.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir.
“Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir”, - açıqlamada deyilir.
Ötən gün jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər paylaşmışdı.

