Вернуться назад Распечатать

Rusiyada qalmaqallı saxlanılma: Duma namizədi tutuldu

Rusiyada Dövlət Dumasına namizəd Nikolay Bondarenko saxlanılıb.

1xeber.media xəbər verir ki, Rusiyanın Saratov şəhərində Kommunist Partiyasından (KPRF) Dövlət Dumasına namizəd, keçmiş Saratov vilayət Dumasının deputatı Nikolay Bondarenko saxlanılıb. O, polis əməkdaşları tərəfindən Oktyabr Rayon Məhkəməsinə məcburi şəkildə aparıldığını bildirib.

Bondarenkonun sözlərinə görə, onun saxlanılmasına səbəb Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi üzrə ittihamdır. Söhbət “ekstremist simvolların nümayiş etdirilməsi” ilə bağlı inzibati işdən gedir.

KPRF-dən verilən məlumata görə, iş 2024-cü ildə sosial şəbəkədə yayımlanan və “tanınmış şəxs”in fotosunun yer aldığı paylaşım əsasında açılıb. Partiya paylaşımın Bondarenkoya məxsus olmayan hesabdan edildiyini bildirir.

Bondarenko təqsirli bilinəcəyi təqdirdə seçkilərdə iştirak hüququnu itirə bilər. O isə saxlanılmasını siyasi fəaliyyəti ilə əlaqələndirib