1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətində yaşayış məntəqələrinə hava zərbələri endirib.
Məlumata görə, hücumlar nəticəsində ölən və yaralananlar var. Rusiya tərəfinin zərbələr zamanı pilotsuz uçuş aparatları və idarəolunan aviasiya bombalarından istifadə etdiyi bildirilir.
Hadisə ilə bağlı ərazi üzrə dağıntıların və hücumun nəticələrinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.