1xeber.media xəbər verir ki, Rusiya Kiyevin Moskva ilə danışıqlara hazır olduğu barədə bəyanatına münasibət bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni təklifləri nəzərdən keçirməyə hazır olduğunu, lakin onların “mövcud reallıqları” nəzərə almalı olduğunu deyib. O, Rusiyanın prinsipial mövqelərindən geri çəkilməyəcəyini vurğulayıb.
Kreml isə hazırda sülh nizamlanması ilə bağlı nikbinlik üçün ciddi əsasların olmadığını bildirir.
Ryabkovun sözlərinə görə, Moskva üçün əsas məsələlərdən biri Vaşinqtonun Kiyevə və onun Avropadakı tərəfdaşlarına təsir imkanlarıdır.