Вернуться назад Распечатать

Dünyanın ən yaşlı insanı 117 yaşına çatır

Yer kürəsinin ən yaşlı insanı hesab edilən Britaniya sakini Etel Katerham 117 yaşını qeyd etdi.

1xeber.media xəbər verir ki, bu barədə Britaniya televiziya kanalı BBC-də məlumat verilib.

Nəşr bildirib ki, "Etel Katerham bu titulu 2025-ci ilin aprelində braziliyalı rahibə bacı İna Kanabarro Lukasın 116 yaşında vəfat etməsindən sonra qəbul edib".

Katerham "Titanik"in batmasından üç il, Rusiyada Oktyabr inqilabından isə səkkiz il əvvəl anadan olub, iki dünya müharibəsindən sağ çıxıb və 110 yaşında koronavirus infeksiyasını uğurla aradan qaldıran planetin ən yaşlı insanlarından biri olub.