Вернуться назад Распечатать

İran ABŞ-a müharibəni bitirmək üçün şərt qoydu

1xeber.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian İran və ABŞ arasındakı münaqişəyə hazırda, Tehranın güclü mövqedə olduğu və dünya ictimaiyyətinin İranın qələbəsini tanıdığı bir vaxtda son qoymağın daha yaxşı olduğunu bildirib.

“Müharibə nə vaxtsa bitməlidir. Bu gün, güclü mövqedə olduğumuz və bütün dünya qələbəmizi tanıdığı zaman daha yaxşıdır”, – deyə Pezeşkian bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi əməliyyatın başladığını açıqlayıb və bunu “görünməmiş miqyasda təcrid” kimi qiymətləndirib.

CNN-in məlumatına görə, Vaşinqton əvvəlki hərbi əməliyyat strategiyasından imtina edərək İranı tədricən iqtisadi təzyiq altında saxlamaq siyasətinə keçib.

ABŞ vitse-prezidenti J.D. Vance isə iqtisadi təzyiqi İrana qarşı mübarizədə ən təsirli vasitələrdən biri adlandırıb. Onun sözlərinə görə, tərəflərin bir-birinə təzyiq göstərdiyi mürəkkəb diplomatik oyun davam edir.