Вернуться назад Распечатать

NATO Netanyahunu beynəlxalq axtarışa verib

Türkiyədən Netanyahu ilə bağlı kritik qərar: İnterpolun Qırmızı Bildirişi tələb edildi

1xeber.media xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun İnterpolun Qırmızı Bildirişi ilə beynəlxalq axtarışa verilməsi üçün Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib.

Nazirliyin açıqlamasında bildirilib ki, 14 iyul 2026-cı ildə Netanyahu və digər şəxslər barəsində verilmiş həbs qərarlarına əsasən, beynəlxalq qırmızı bildirişlərin hazırlanması üçün Daxili İşlər Nazirliyindən tədbir görülməsi istənilib və müvafiq sənədlər Xarici İşlər Nazirliyinə göndərilib.

Türkiyə Ədliyyə Nazirliyinin məlumatına görə, Sumud humanitar donanması ilə bağlı işə baxan məhkəmə Netanyahu və daha 34 yüksək vəzifəli İsrail rəsmisini insanlığa qarşı cinayətlər, soyqırım, qanunsuz həbs, qəddar rəftar, qəsdən xəsarət yetirmə, soyğunçuluq və nəqliyyat vasitələrinin ələ keçirilməsi daxil olmaqla bir sıra cinayətlərdə ittiham edib.

Qeyd edək ki, İsrail hakimiyyəti may ayının sonunda Qəzza sahillərinə doğru hərəkət edən Sumud donanmasının gəmilərinin saxlanıldığını açıqlamışdı. Ardınca İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir saxlanılan fəallarla bağlı video yayımlamışdı.