Вернуться назад Распечатать

Moskva yenidən PUA hücumuna məruz qalıb – 6 dron məhv edilib

1xeber.media xəbər verir ki, Moskva meri Sergey Sobyanin Ukrayna Silahlı Qüvvələrinin Rusiya paytaxtına yeni PUA hücumu cəhdi etdiyini bildirib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan 6 pilotsuz uçuş aparatı Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Sobyanin bildirib ki, PUA-ların qalıqlarının düşdüyü ərazilərdə operativ xidmətlər çalışır. Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Mer daha əvvəl paytaxta doğru hərəkət edən 7 PUA-nın da vurulduğunu açıqlamışdı.

Qeyd edək ki, son günlər Moskva və ətrafında Ukrayna dronlarının hücumları intensivləşib. Rusiya rəsmiləri avqustun ortalarında paytaxt istiqamətində yüzlərlə PUA-nın vurulduğunu açıqlayıblar.