Polşalı deputatdan Ukraynaya sərt zərbə: “AB-yə üzvlüyünə qəti şəkildə yox deyirəm”
1xeber.media xəbər verir ki, Avropa Parlamentinin polşalı deputatı Eva Zayáczkowska-Hernik Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxıb.
O, Ukraynada korrupsiyanın yüksək səviyyədə olduğunu və radikal ideologiyaların yayıldığını iddia edib. Deputat X sosial şəbəkəsindəki paylaşımında Ukraynanın AB-yə üzvlüyünü Polşanın maraqlarına zidd hesab etdiyini bildirib.
Zayáczkowska-Hernik həmçinin Polşanı Kiyevə münasibətdə daha sərt siyasət yürütməyə və Ukraynaya dəstək məsələsində “sadəlövh bankomat” rolundan imtina etməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı liman blokadasından zərər çəkən fermerlər üçün Ukraynaya əlavə 220 milyon avro həcmində qrant ayrılmasını dəstəkləməyib.