Вернуться назад Распечатать

Kiyev və İrəvan arasında diplomatik yaxınlaşma: Yeni addım

Ukrayna və Ermənistan XİN rəhbərləri əməkdaşlığın gücləndirilməsi barədə razılaşdılar.

1xeber.media xəbər verir ki, Ukrayna və Ermənistanın xarici işlər nazirləri iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Tərəflər siyasi dialoqun inkişaf etdirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlığın artırılmasını müzakirə ediblər. Son günlər Ermənistan və Ukrayna rəsmiləri arasında diplomatik təmaslar intensivləşib.

Bundan əvvəl Ermənistan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı baş tutub, daha sonra isə nazir müavinləri Kiyevdə görüşərək siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.