Вернуться назад Распечатать

Ukrayna ilk dəfə OZON-u vurdu

Avqustun 22-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Rusiyanın Samara vilayətində "OZON" şirkətinin (Rusiyanın ilk e-ticarət şirkətlərindən biri - red.) logistika obyektinə hücum edib.

1xeber.media xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.

Əvvəllər "Wildberries" anbarlarına da zərbələr endirilmişdi.

Məlumata görə, saat 02:47 radələrində Samara vilayətində "PUA təhlükəsi" rejimi elan edilib. Artıq 04:30-dan sonra sosial şəbəkələrdə yanğın və tüstü sütununun əks olunduğu videolar kütləvi şəkildə yayılıb, bəzi kanallar isə zərbəyə məhz Çapayevskdəki "OZON" logistika qovşağının məruz qaldığını dəqiqləşdirib. Hücumdan sonra obyektdə yanğın baş verib, lakin yerli hakimiyyət orqanları və şirkətin özü insidentlə bağlı hələlik heç bir şərh verməyib.

Avqustun ortalarında Ukrayna Müdafiə Nazirliyi həmin vaxta qədər "Wildberries"in 10 ən böyük logistika qovşağından 7-sini sıradan çıxarıldığını açıqlamışdı.