Ötən gün Bakı-Qroznı reysi ilə uçan və Aktauda qəzaya uğrayan “Embraer 190” təyyarəsinə Azəbaycanda olan iki Tacikistan vətəndaşı da bilet alıb, lakin onların uçuşuna icazə verilməyib.
1xeber.media xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” yazıb.
Sənişinlərə uçuşa hansı səbəbdən icazə verilmədiyi açıqlanmayıb. Məlumata görə, həmin şəxslər hazırda sağ-salamatdırlar. Lakin həlak olanların yer aldığı siyahıda onların adları səhvən qeyd olunub.
Qeyd edək ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-nin həlak olduğu açıqlanıb.