ABŞ prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Kerolin Livittin vəzifəsindən ayrılması ilə bağlı etdiyi çıxış zamanı onun ailəsi haqqında zarafat edib.
1xeber.media xəbər verir ki, Tramp bildirib ki, Livittin yeni doğulan körpəsini özündən daha çox sevməsini “narahatlıqla” qarşıladığını zarafatla ifadə edib.
“Mən indicə öyrəndim ki, o, körpəsini Donald Trampdan daha çox sevir və buna görə ona çox əsəbiləşmişəm. Kerolin haradadır?”
ABŞ prezidenti çıxışında Livittin Ağ Ev administrasiyasında gördüyü işi də yüksək qiymətləndirib və onun fəaliyyətini “inanılmaz töhfə” kimi dəyərləndirib. Qeyd edək ki, Kerolin Livitt avqustun sonunda Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılacağını açıqlayıb. Tramp daha əvvəl onun qərarını dəstəklədiyini və Livittin ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirmişdi.