Avqustun 22-də Rusiyanın bir sıra hava limanlarında dron hücumları ilə bağlı təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
1xeber.media xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Qərarlar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Bu məqsədlə Rusiya daxilində və əksər xarici uçuşlar ləğv edilib yaxud təxirə salınıb.
Təxirə salınan uçuşlar siyahısında Moskvanın “Vunkovo” hava limanından Bakıya uçan iki reys də var. Bakıya uçuşu həyata keçirən təyyarələrdən biri AZAL-a, digəri isə “Utair” hava yolları şirkətlərinə məxsusdur. Bildirilir ki, AZAL-ın təyyarəsi yerli vaxtla saat 01:00-da yola düşməli olsa da, uçuş saat 14:00-dək, “Utair”ə məxsus təyyarə isə yerli vaxtla 09:50-də havaya qalxmalı olsa da, 10:50-dək təxirə salınıb.