Rusiya Ukraynadakı münaqişəni dondurmaq yox, sona çatdırmaq öhdəliyinə sadiqdir.
1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə dekabrın 26-da Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclasından sonra jurnalistlərə bildirib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının Ukrayna böhranını həll etmək planlarını şərh edən Putin, “Biz də münaqişəni sona çatdırmağa çalışırıq” dedi və əlavə etdi ki, Rusiya Federasiyasının onu dondurmağa ehtiyacı yoxdur.
Dövlət başçısı münaqişənin 2025-ci ildə bitə biləcəyi ilə bağlı yayılan məlumatları rus atalar sözü ilə belə şərh edib: “Bizim xalq belə deyir, hə, kaş dodaqlarınla bal içəydin”.