1xeber.media xəbər verir ki, bu barədə The National Interest nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, Moskva ilə Tehranın nüvə sahəsində əməkdaşlığı Rusiyanın mümkün vasitəçilik rolunu gücləndirə bilər. Eyni zamanda, ABŞ və Rusiyanın nüvə silahlarının yayılmasının qarşısının alınması məsələsində ortaq maraqlarının olduğu vurğulanıb.
Müəllifin fikrincə, Rusiyanın İranın mülki nüvə obyektlərində iştirakı və Tehranın daxili siyasi hesablamalarını daha yaxşı anlaması Vaşinqton üçün mənfi amildən çox üstünlüyə çevrilə bilər.
Məqalədə bildirilir ki, Moskvanın prosesə cəlb olunması nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində qlobal səyləri də gücləndirə bilər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqların əsas maneələrindən birinin İslam Respublikasında uyğun rəhbərliyin olmaması olduğunu bildirib.