Qara dənizdə Türkiyənin Akkon Lines şirkəti tərəfindən istismar olunan M/V RMS TEAM gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edilib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, hücumdan sonra gəmidə yanğın baş verib. 11 ekipaj üzvü xilas edilib, daha bir dənizçinin axtarışları isə davam etdirilir.
Bildirilib ki, ekipaj təxliyə edildikdən sonra başlayan yanğın əvvəlcə yaşayış bölmələri və mühərrik şöbəsini əhatə edib. Daha sonra alov konteynerlərin yerləşdiyi hissəyə də yayılıb.
Nəticədə gəmidəki bütün yükün tamamilə zədələndiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl Qara dənizdə Türkiyəyə məxsus gəmilərə endirilən zərbələr Rusiya Dövlət Dumasının ehtiyatda olan general-mayoru Leonid İvlev tərəfindən şərh edilmişdi. O, bu cür hücumların Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini və Qərb ölkələri tərəfindən dəstəkləndiyini iddia edib.