Вернуться назад Распечатать

Rusiya ordusu Ukrayna hərbi aerodromuna hücum edib

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, zərbələr nəticəsində yanacaq-energetika və nəqliyyat infrastrukturu obyektləri də hədəfə alınıb. Həmçinin pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr və silahlı birləşmələrin müvəqqəti dislokasiya yerlərinin vurulduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi zərbələrin operativ-taktiki aviasiya, hücum PUA-ları, raket qoşunları və artilleriya vasitəsilə həyata keçirildiyini açıqlayıb.

Məlumata görə, hücumlar Ukraynanın 146 rayonundakı obyektləri əhatə edib.

Qeyd edək ki, avqustun 22-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 457 PUA-nın vurulduğunu da açıqlayıb. Nazirliyin iddiasına görə, PUA-lar Rusiyanın 16 regionu üzərində, o cümlədən Volqoqrad, Ulyanovsk və Kirov vilayətləri ərazisində məhv edilib.

Rusiya tərəfinin bu açıqlamaları müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib. Son günlər Rusiya və Ukrayna arasında qarşılıqlı hava zərbələrinin intensivliyi artıb.