Вернуться назад Распечатать

Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı

İsmayıllıda göldə iki yeniyetmə - bacı və qardaş batıb.

1xeber.media-nın əldə etdiyi məlumata görə, hadisə təsərrüfat əhəmiyyətli göldə baş verib.

Bildirilir ki, yeniyetmələr ehtiyatsızlıq nəticəsində gölə düşüblər.

Onlardan birinin – qızın meyiti sudan çıxarılıb.

Digər yeniyetmənin axtarışları davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.