Вернуться назад Распечатать

Hikmət Hacıyev Özbəkistanda ona təqdim edilən xatirə hədiyyəsinin fotosunu paylaşıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi sosial şəbəkə hesabında Özbəkistanda ona təqdim olunan xatirə hədiyyəsinin fotosunu paylaşıb.

1xeber.media xəbər verir ki,Prezident İlham Əliyevin Daşkəndə reallaşan dövlət səfərində nümayəndə heyətinin tərkibində iştirak edən Hikmət Hacıyev, bu paylaşımı ilə iki ölkə arasındakı mədəni-diplomatik bağların səmimiyyətini bir daha diqqətə çatdırıb.