Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədov vəfat edib.
1xeber.media Nocomment.az-a istinadən xəbər verir ki, o, gecə saatlarında təcridxanadan Sabunçu Tibb Mərkəzinə gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.
Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.