Вернуться назад Распечатать

Maşın vuran Xalq artistindən xəbər var

Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

1xeber.media xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.

"Onun vəziyyəti hazırda stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, avqustun 21-də Ş.Yusupova evdən çıxarkən onu piyada zolağının üstündə maşın vurub.