1xeber.media xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 26-da bildirib ki, İsrail hakimiyyəti Yəməndə “İranın şər oxunun əlini kəsmək” niyyətindədir.
“Biz İranın şər oxunun bu terrorçu qolunu kəsməkdə qərarlıyıq. Başladığımız işi sona çatdırana qədər davam edəcəyik”, “The Times of Israel” qəzeti onun sözlərindən sitat gətirir.
Netanyahunun sözlərinə görə, bir müddət əvvəl İsrail hərbi hava qüvvələri Yəmən sahillərində və Sənada husilərin hədəflərinə zərbələr endirib.