Вернуться назад Распечатать

Bakıda mənzilini yandıran şəxs xəstəxanaya yerləşdirildi

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb.

1xeber.media APA-ya istinadla xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub.

Həmin şəxsin xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, hadisə dünən gecə saatlarında "Həzi Aslanov" metrostansiyasının yaxınlığındakı binalardan birində baş verib.