Вернуться назад Распечатать

Lazareva Maslyakovla bağlı danışdı

Məşhur rusiyalı teleaparıcı Tatyana Lazareva KVN-in mərhum rəhbəri Aleksandr Maslyakovun verilişin qazandığı şöhrət və uğur səbəbindən zamanla dəyişdiyini bildirib.

1xeber.media xəbər verir ki, Lazareva bu barədə yayımlanan müsahibəsində danışıb.

Onun sözlərinə görə, Maslyakov bir müddət sonra böyüyən televiziya imperiyasının təsiri altında dəyişməyə başlayıb və onunla işləmək getdikcə çətinləşib.

Lazareva bununla yanaşı, Maslyakovun hər zaman parlaq, əyləncəli, ironik və xarizmatik insan olduğunu və ömrünün sonuna qədər belə qaldığını qeyd edib.

Qeyd edək ki, Lazareva daha əvvəl 60 yaşın qocalıq kimi qəbul edilməsinə etiraz edib.