Вернуться назад Распечатать

Azərbaycan təhsil tarixində YENİ REKORD

ADA Universitetində şok rekord: Kompüter elmləri ixtisasına keçid balı 697-yə yüksəldi!

Azərbaycan təhsil tarixində misli görünməmiş bir ilk və rekord qeydə alınıb. Ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan ADA Universitetinin “Kompüter elmləri” ixtisasına builki keçid balı inanılmaz dərəcədə yüksələrək 697 bal təşkil edib. Bu göstərici ölkənin qəbul imtahanları tarixində bir ixtisas üçün qeydə alınan ən yüksək keçid ballarından biri kimi tarixə düşüb.
Bəs bu rekorda səbəb nədir?
Sosial şəbəkələrdə və təhsil ictimaiyyətində böyük ajiotaj yaradan bu rekordun pərdəarxası səbəbi məlum olub. Belə ki, Respublika Fənn Olimpiadasının (RFO) qalibləri olan qanunvericiliyə əsasən müsabiqədənkənar qəbul hüququna malik abituriyentlər kütləvi şəkildə məhz ADA Universitetinin Kompüter elmləri ixtisasını seçiblər.
Nəticədə, sözügedən ixtisas üçün ayrılmış demək olar ki, bütün plan yerləri olimpiada qalibləri tərəfindən tamamilə doldurulub. Ümumi yerlərdən yalnız 1 yer boş qalıb. Ümumi müsabiqə ilə həmin yeganə yerə qəbul olan abituriyentin balı 697 olduğu üçün bu rəqəm avtomatik olaraq ixtisasın minimal keçid balına çevrilib və rəsmi statistikada rekord kimi qeyd olunub.
Təhsil ekspertləri bu hadisəni son illər İKT və kompüter mühəndisliyi sahəsinə gənclərin artan böyük marağının və ən savadlı tələbələrin vahid bir mərkəzə toplanmasının bariz göstəricisi kimi qiymətləndirirlər.