Вернуться назад Распечатать

FHN bir ədəd mühərriki 82 min manata təmir edəcək

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti növbəti tenderinin nəticəsini elan edib.

1xeber.media xəbər verir ki, qurum bununla bağlı artıq əməkdaşlıq edəcəyi şirkəti də dəqiqləşdirib.
Belə ki, FHN-in sözügedən qurumu Cummins istehsallı QSM 11-645 HO markalı, Ne=474kw, n=2300d/d №=35280337, 35280597 olan baş mühərriklərin təmiri üçün ehtiyat hissələrinin satınalınmasını reallaşdıracaq. Tenderin qalibi “A+H TƏMİR TİKİNTİ” MMC olub. Bir ədəd mühərrikin təçmirinə isə 82 min 864 manat sərf olunacaq.