Вернуться назад Распечатать

“Azeri Light” ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1xeber.media xəbər verir ki, Azərbaycan neftinin bir barelinin son ticarət qiyməti 1,99 ABŞ dolları və ya 2,05% azalaraq 95,13 ABŞ dollarına düşüb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 97,12 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.