Вернуться назад Распечатать

Köçəryan məhkəmə binasından xəstəxanaya aparıldı

Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan xəstəxanaya yerləşdirilib. 

1xeber.media xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

O, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsindən Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının müşayiəti ilə təcili yardım maşınında xəstəxanaya aparılıb. 

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində altı nəfər, o cümlədən keçmiş prezident, oğlu və cinayətkar sxemlərdə iştirak edən digər şəxslər həbs edilib.