Вернуться назад Распечатать

Köçəryana qarşı cinayət işi açıldı

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

1xeber.media xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan məlumat verib.

Bundan başqa, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryan və oğlu Levon Köçəryanın evində korrupsiya ilə bağlı cinayətlərə görə axtarışlar aparıldığını bildirib.

***

Ermənistan mətbuatının məlumatına görə, Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Hazırda onun digər oğlu Sedrak Köçəryan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir.

***

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryana qarşı qaldırılan cinayət işinin detallarını açıqlayıb.

Məlumata görə, Robert Köçəryan və oğlu Sedrak Köçəryan da daxil olmaqla, altı nəfər saxlanılıb.

İstintaqın məlumatına görə, Köçəryan prezident vəzifəsini tutarkən vəzifəsindən istifadə edərək dövlət mülkiyyətindən çıxarılan qiymətli əmlakı bazar qiymətlərindən xeyli aşağı qiymətə əldə edib.

***

Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb.

Bildirilib ki, 24 avqustda Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.

Eyni zamanda, daha doqquz nəfərə qarşı, o cümlədən Köçəryanın oğlu Sedrak, keçmiş müdafiə naziri S. S. (2000-2007-ci illərdə bu vəzifəni Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan tutub), keçmiş baş nazir A. M. (Andranik Marqaryan 2000-2007-ci illərdə Ermənistanın baş naziri olub), İrəvanın sabiq meri Q. B. (Qaqik Beqlaryan) və digərlərinə cinayət işi açılıb.

Qeyd olunub ki, Köçəryan 1998-2008-ci illərdə Ermənistan Respublikasının Prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəyib və bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra obyektlər əldə edib. Söhbət torpaq sahələri və daşınmaz əmlak obyektlərindən gedir.

Köçəryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub. Evində axtarış başa çatıb.